AtaBank"nın dəstəyi ilə keçirilən turnirdə 1/4 finalçılar müəyyənləşib.
"AtaBank"nın dəstəyi ilə "AtaHolding" Şirkətlər Qrupunun əməkdaşları arasında keçirilən mini futbol turnirində qrup mərhələsinin oyunları başa çatıb. Siasport xəbər verir ki, gərgin keçən 3 turdan sonra 1/4 finala vəsiqə qazanan bütün komandaların adları müəyyənləşib. 8 klub isə turnirlə vaxtından əvvəl vidalaşıb.
Beləliklə, 3 həftəlik oyunlardan sonra 1/4 final cütlərinə aydınlıq gəlib. Onlar aşağıdakı kimidir:
MXD – "Synergetic"
"AtaCard" - "Bank VTB"
"No Name" - "Gobustone"
"AtaTexnologiya" - "FC Cybernet"
Qeyd edək ki, 1/4 final oyununun keçirilmə günü bugünlərdə açıqlanacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB