Ronaldo yol polisini təhqir etdi, məhkəməlik oldu!

Ronaldo yol polisini təhqir etdi, məhkəməlik oldu!

Madridin "Real" klubunun ulduz futbolçusu Kriştianu Ronaldu İspaniya paytaxtında polis tərəfindən saxlanılaraq sürücülük hüququndan məhrum edilib. Siasport.az saytı xəbər verir ki, portuqaliyalı idmançı evinə qayıdarkən yol hərəkəti qaydalarını pozaraq avtomobili saxlamalı olduğu yerdə bu qaydaya əməl etməyib. Polis işçisi onu saxlayanda futbolçu onu təhqir edib. İspaniya KİV-lərində verilən məlumata görə, bu insidentdən sonra Kriştianu Ronaldu sürücülük hüququndan məhrum edilib. "Kral klubu"nun oyunçusu yaxın vaxtlarda məhkəməyə gəlməli olacaq. Məhkəmə bu iş üzrə öz qəti qərarını çıxaracaq.

Bütün xəbərlər Facebook səhifəmizdə