10-12 may günlərində Macarıstanın Seqed şəhərində avarçəkmənin kayak və kanoe növü üzrə dünya çempionatı keçiriləcək. Bu mundialda Azərbaycan yığması da iştirak edəcək. Azərbaycan Milli Avarçəkmə Federasiyasından Siasport-a verilən xəbərə görə, ölkəmiz DÇ-2013-ə 6 idmançı ilə qatılacaq ki, bunların da arasında əslən iranlı olan Məhəmmədtahir Hüseynavşar da yer alıb.
Qeyd edək ki, İranın Kermanşah şəhərində anadan olan Məhəmmədtahir hazırda Almaniyanın Ahen şəhərində yaşayır bu mundialda Azərbaycan yığmasında debüt edəcək. Sözügedən kanoeçi ilə yanaşı, DÇ-də ölkəmizi Valentin Demyanenko, Mirnazim Cavadov, Tamerlan Mustafayev, Aleksandr Piquqin və Hikita Sablin təmsil edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB