Messi: "Ronaldo məndən forma istəməyib"

Messi: "Ronaldo məndən forma istəməyib"

"Barselona"nın hücumçusu Lionel Messi "Real"dakı həmkarı Kriştiano Ronaldo ilə münasibətləri ilə bağlı açıqlama verib. Siasport xəbər verir ki, o Argentinanın "El Grafico" jurnalına müsahibəsində deyib ki, hələ indiyədək heç bir oyundan sonra Ronaldo ondan forma istəməyib. "Eyni zamanda, mən də ondan forma xahiş etməmişəm. Ümumiyyətlə, forma dəyişməyi çox sevmirəm" – deyə Messi vurğulayıb.

O, "Qızıl top" mükafatının təqdimetmə mərasimindəki görüşlərinə də toxunub: "Belə görüşlər zamanı bir-birimizə ancaq cansağlığı arzulayırıq. Başqa heç nə barədə danışmırıq. Bunun mənası da yoxdur. Çünki eyni komandada oynamırıq ki, hansısa mövzumuz da olsun".

Messi həmçinin etiraf edib ki, komandasının məğlubiyyətlərini ürəyinə salır: "Son dəfə buna görə nə vaxt ağladığımı xatırlamıram. Amma belə hallar çox olub. Meydana çıxanda isə heç vaxt rekord barədə düşünmürəm. Fikrimi ancaq oyuna yönəldirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə