Azərbaycanlı futbolçular Rail Məlikov və Arif İsayevin çıxış etdiyi "Dənizlispor" Türkiyə birinci liqasındakı mövqeyini qorumağı bacarıb. Siasport xəbər verir ki, bu gün səfərdə "Ankaragücü"nün qonağı olan Dənizli təmsilçisi 3:0 hesabı ilə qalib gəlib. Bununla da onlar ikinci liqaya düşmək təhlükəsini aradan qaldırıb.
Görüşdə qollardan birini 81-ci dəqiqədə A.İsayev vurub. Bu zaman "Ankaragücü" dörd futbolçusunun qırmızı vərəqə alması səbəbindən meydanda yeddi nəfərlə qalıbmış.
Qeyd edək ki, futbolçularımızdan R.Məlikov əsas heyətdə oynayıb.
Bu qələbədən sonra "Dənizlispor" 18 komandanın yer aldığ turnir cədvəlində 13-cü pilləyə yüksəlib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB