İstanbulun "Qalatasaray" futbol klubu Türkiyə Superliqasının 32-ci turu çərçivəsində "Sivasspor"la keçirilən qarşılaşmada 4:2 hesabı ilə qələbə qazanaraq 19-cu çempionluğunu elan edib. Siasport.az saytı xəbər verir ki, "Türk Telekom Arena"da keçirilən qarşılaşmada rəqib komandanın qapısına dörd qol vuran "cim bom", mövsümün qurtarmasına iki tur qalmış çempionluğunu rəsmiləşdirib. İndi turnir cədvəlində ikinci sırada yer alan "Fənərbaxça" ilə "Qalatasaray" arasındakı xal fərqi 10-a çatıb. "Fənərbaxça" isə, "İBB" ilə qarşılaşmadan 0:2 hesablı məğlubiyyətlə ayrılıb. "Beşiktaş" isə çətin "eskişehirspor" səfərindən 2:1 hesablı qələbə ilə ayrılaraq, UEFA Avropa Liqasına qatılmaq imkanı əldə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB