Ulu öndərin 90 illik yubleyinə həsr olunmuş futbol turnir başa çatdı YENİLƏNİB

Ulu öndərin 90 illik yubleyinə həsr olunmuş futbol turnir başa çatdı YENİLƏNİB

Ümummilli lider Heydər Əliyevin 90 illik yubleyinə həsr olunmuş futbol turniri başa çatdı. Siasport xəbər verir ki, "Səs", "İki Sahil" və "Yeni Azərbaycan" qəzetlərinin və Yeni Azərbaycan Partiyasının (YAP) rayon təşkilatlarının birgə təşkilatçılığı ilə turnirin final mərhələsinə Bakı Dövlət Universitetinin futbol meydançasında yekun vuruldu.

Turnirdə paytaxtın YAP rayon təşkilatlarının, YAP Sumqayıt şəhər təşkilatının, YAP Abşeron rayon təşkilatının və media qurumlarının komandaları mübarizə aparıblar. Turnirdə üçüncü yerə YAP Sabunçu rayon təşkilatı layiq görülüb. Böyük azarkeş dəstəyi ilə keçən final yarışında YAP Sumqayıt şəhər təşkilatı partiyanın Abşeron rayon təşkilatını 2:0 hesabı ilə məğlub edib. Beləliklə, Ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş mini-futbol turnirinin qalibi YAP Sumqayıt şəhər təşkilatının komandası olub.

Turnirin bağlanış və təltifetmə mərasimində YAP sədrinin müavini-icra katibi Əli Əhmədov, BDU nun rektoru Abel Məhərrəmov, YAP İcra katibin müavinləri Siyavuş Novruzov və Mübariz Qurbanlı, həmçinin millət vəkilləri, YAP rayon təşkilatının sədrləri, media nümayəndələri iştirak edib. Turnirin sonunda qaliblərə təşkilatçılar tərəfindən diplom və AFFA-nın qiymətli hədiyyələri təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə