Hamed Dağıstani: "Mən Azərbaycanı çox sevirəm" MÜSAHİBƏ

Hamed Dağıstani: "Mən Azərbaycanı çox sevirəm" MÜSAHİBƏ

İranın "Peykan" klubunun futbolçusu Hamed Dağıstani Azərbaycan Premyer Liqasında mübarizə aparan komandalardan birinə keçə bilər. Siasport xəbər verir ki, futbolçunun meneceri artıq yerli klubların bir-neçəsi ilə ilkin danışıq da aparıb. Bütün bunlara aydınlıq gətirmək üçün Hamedin özü ilə əlaqə saxladıq.

- Bizdə olan məlumata görə, sən Premyer Liqada oynaya bilərdin. Bəs nə baş verdi?

-Yanvarda Lənkərana gəldim, həmin vaxt transfer pəncərəsi bağlandığı üçün keçidim baş tutmadı. Orda Höccət bəy mənimlə danışdı və bildirdi ki, transfer pəncərəsi bağlanıb. İndi İrandayam baxışa gəlmək üçün vaxtın çatmasını gözləyirəm.

- Niyə birdən-birə Azərbaycanda oynamaq qərarına gəldin?

- Mənim babam azərbaycanlıdır, mən oranı həqiqətən çox sevirəm.

- Hazırda haradasan?

- Mən Azərbaycandan qayıdanda İranda da transfer pəncərəsi bağlanmışdı. Ona görə klubsuz qaldım. Amma, gündə üç dəfə məşq edirəm ki, baxışa gedəndə məyus qayıtmayım.

- Lənkəranda olan zaman kimlərnən tanış oldun, ümumiyyətlə bəyəndin buraları?

- Orda olan zaman Hoccət bəy və Akif Tağıyevlə tanış oldum. Mən oraları çox sevdiyim üçün, əlbəttəki, xoşuma gəldi.

- Azərbaycana birdə haçan gəlmək fikriniz var?

- Çempionatın bitməsini gözləyirəm. İnşallah, gələcəm və Azərbaycanda öz izimi qoyacam.

Bütün xəbərlər Facebook səhifəmizdə