Topaz Premyer Liqasının 29-cu turunda "Xəzər Lənkəran" doğma meydanda "Kəpəz" klubunu qəbul etdi. Siasport xəbər verir ki,Sadio Tounkaranın ikinci hissədə vurduğu tək qolla rəqibini məğlub edən cənublular növbəti üç xalı aktivinə yazdı.
Mahmud Qurbanov, "Kəpəz" klubunun baş məşqçisi: "Bacardığımız qədər mübarizə apardıq. Var gücümüzü ortaya qoyduq. Təəssüf ki, bizdə bacarıqlı, təcrübəli hücumçu yoxdur".
Con Toşak, "Xəzər Lənkəran" klubunun baş məşqçisi: "Rəqibin ən güclü oyunçusu qapıçısı idi. Komandamız bugünkü oyunda qalib gəlməyə layiq idi. Buna baxmayaraq, yaratdığımız bir çox qol imkanından istifadə edə bilmədik. Heyətin 5-6 futbolçusu zədə səbəbindən bu gün bizə kömək edə bilmədi".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB