Atçılıq İdmanının Konkur Növü üzrə Beynəlxalq turnirin növbəti oyunları keçirilib
Bu gün Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Bakı şəkəri, Binə qəsəbəsində yerləşən "Elite Horse Club" atçılıq klubunun açıq manejində atçılığın konkur növü üzrə CSİ4* beynəlxalq turnirinin növbəti oyunları keçirilib. Siasport xəbər verir ki, Ümumilli Lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş turnirdə Azərbaycan, Gürcüstan, Polşa və İrandan idmançılar iştirak ediblər. Turnirin ikinci gününün 3-cü yarışında 23 idmançı qüvvəsini sınayıb. Ümumilikdə isə yarışda 65-ə yaxın atın iştirakı gözlənilir.
Yarış meydanında ümümilikdə 11 maneəə və 13 sıçrayış mövcüddur. Maneələrin hər birinin hündürlüyü 145 sm-dir. Günün 3-cü yarışında meydana ilk çıxan idmançı Gürcüstan idmançısı olub.
Yarışı Türkiyə, Bolqariya, Rusiya, İran və Rumıniyadan dəvət olunmuş hakimlər kollegiyası idarə edib. Turnirin ümümi mükafat fondunu 265000 ABŞ dolları təşkil edir. Sabah yarışa giriş pullu olacaq. Biletləri isə şəhərin kassalarından əldə etmək olar.
Qeyd edək ki, qaliblər Azərbaycab Atçılıq Federasiyası tərəfindən mükafatlandırılacaqlar.
Əlavə edək ki, final günü yarışlar saat 18:30-da başlayacaq. Turnirin son günü konsert tədbirləri və lotoreya təşkil olunacaq. Lotoreyanın qalibini 1 ədəd KİA avtomobili gözləyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB