Bu gün Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş beynəlxalq "Tour d`Azerbaidjan" veloyürüşünün üçüncü mərhələsinə start verilib. Siasport idman portalının məlumatına görə, veloyürüşün bu mərhələsi Qəbələ-Oğuz-Şəki-Oğuz-Qəbələ marşrutu üzrə (165 km) keçəcək. Turnirdə qələbə uğrunda 25 komanda, o cümlədən 17 qitə komandası, 2 klub komandası və 6 yığma komanda mübarizə aparır. Hər komandaya 6 yürüşçü daxildir. Azərbaycanı bu turnirdə "Synergy Baku Cycling Project" komandası təmsil edir.
Xatırladaq ki, "Tour d`Azerbaidjan" veloyürüşü mayın 5-dək davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB