22-ci duel STATİSTİKA

Xəbər verdiyimiz kimi, bu həftə Topaz Premyer Liqasında XXIX turun oyunları keçiriləcək. Siasport idman portalının məlumatına görə, bu dəfə səfərdə meydana çıxacaq "Qəbələ" bu gün Zaqatalada "Simurq"un qonağı olacaq. Mövsümdə 4-cü dəfə üz-üzə gələcək komandalar tarixlərində 22-ci duelə çıxacaq. 2005-ci ilin yayında yaranan "Qəbələ" və "Simurq" elə ilk mövsümdə I dəstədə uğurla çıxış edib güclülər dəstəsinə vəsiqə qazanıblar. Aşağı dəstədən başlayan həmin rəqabət dövründə rəqiblər 2 dəfə I dəstədə, 2 dəfə kubokda və 15 dəfə çempionatda qarşılaşıb.

Əvvəlki 21 qarşılaşmada 9 qələbəsi olan "qara-qırmızılar" "Simurq" üzərində yubiley zəfərini əldə etmək əzmindədir. Cari mövsümdə rəqibini məğlub edə bilməyən "Qəbələ" son 3 oyunda hər dəfə 1 qol buraxmaqla qalib gələ bilməyib. Cari mövsümdə 2 dəfə, ümumilikdə isə 5 dəfə komandaların oyununda qalib müəyyənləşməyib. Zaqatala təmsilçisi isə 7 dəfə meydanı 3 xalla tərk edib. Top fərqində üstünlüyə malik olan "Qəbələ"dir – 25:18. Son 4 dueldə hər komanda 1 dəfə qapısını toxunulmaz saxlaya bilib. Lakin bu 4 matçda 1-dən artıq qol vuran olmayıb.

"Simurq"un meydanında 11-ci dəfə baş tutacaq oyuna qədər meydan sahibləri 4 qələbə qazanıb. Üç dəfə "Qəbələ"nin qalib gəldiyi qarşılaşmalarda eyni sayda heç-heçə qeydə alınıb. Zaqatala təmsilçisi öz meydanında 11, qonaqlar isə 10 dəfə qol sevinci yaşayıb.

2005/06

05.10.2005

Birinci divizion

Göy-Göl (Xanlar) - Simurq (Zaqatala)

2:0

2005/06

01.03.2006

Birinci divizion

Simurq (Zaqatala) - Gilan (Xanlar)

1:3

2006/07

23.10.2006

Premyer Liqa

Gilan (Qəbələ) - Simurq (Zaqatala)

1:2

2006/07

07.04.2007

Premyer Liqa

Simurq (Zaqatala) - Gilan (Qəbələ)

3:1

2007/08

15.09.2007

Premyer Liqa

Simurq (Zaqatala) - Qəbələ

2:0

2007/08

24.10.2007

Azərbaycan kuboku, 1/8

Qəbələ - Simurq (Zaqatala)

1:0

2007/08

31.10.2007

Azərbaycan kuboku, 1/8

Simurq (Zaqatala) - Qəbələ

2:1

2007/08

27.04.2008

Premyer Liqa

Qəbələ - Simurq (Zaqatala)

1:0

2008/09

23.11.2008

Premyer Liqa

Qəbələ - Simurq (Zaqatala)

0:0

2008/09

10.05.2009

Premyer Liqa

Simurq (Zaqatala) - Qəbələ

1:0

2009/10

16.08.2009

Premyer Liqa

Qəbələ - Simurq (Zaqatala)

2:1

2009/10

28.11.2009

Premyer Liqa

Simurq (Zaqatala) - Qəbələ

1:1

2010/11

01.10.2010

Premyer Liqa

Simurq (Zaqatala) - Qəbələ

0:2

2010/11

27.11.2010

Premyer Liqa

Qəbələ - Simurq (Zaqatala)

4:0

2010/11

17.04.2011

Premyer Liqa

Qəbələ - Simurq (Zaqatala)

3:0

2010/11

30.04.2011

Premyer Liqa

Simurq (Zaqatala) - Qəbələ

0:0

2011/12

29.10.2011

Premyer Liqa

Qəbələ - Simurq (Zaqatala)

0:2

2011/12

16.02.2012

Premyer Liqa

Simurq (Zaqatala) - Qəbələ

0:1

2012/13

04.08.2012

Premyer Liqa

Simurq (Zaqatala) - Qəbələ

1:1

2012/13

16.12.2012

Premyer Liqa

Qəbələ - Simurq (Zaqatala)

0:1

2012/13

05.04.2013

Premyer Liqa

Qəbələ - Simurq (Zaqatala)

1:1

Bütün xəbərlər Facebook səhifəmizdə