"Qarabağ" möhtəşəm layihə həyata keçirib

"Qarabağ" möhtəşəm layihə həyata keçirib

Futbolun kütləviliyi naminə daim fərqli tədbirlər həyata keçirən "Qarabağ" Futbol Klubu daha bir möhtəşəm layihə həyata keçirib. Siasport idman portalının məlumatına görə, ölkənin ən böyük alış-veriş mərkəzlərindən sayılan "Park Bulvar"da "Qarabağ" klubu tərəfindən promo-aksiya baş tutub. Alış-veriş mərkəzində quraşdırılmış Ağdam təmsilçisinə məxsus stenddə Premyer Liqada baş tutacaq "Qarabağ" - "Neftçi" matçı ilə bağlı təbliğat aparılması ilə yanaşı vətəndaşlara "Qarabağ" klubunun aksesuarlarını qazanma şansı yaradılıb. Belə ki, Ağdam təmsilçisi ilə bağlı bir suala cavab verən şəxs "Qarabağ" - "Neftçi" oyununa bilet əldə etməklə bərabər "Qarabağ" klubunun şərfi, forması, şapkası və s. qazanma şansını saxlayır. "Qarabağ" FK-na aid fərqli suallara cavab verən şəxslər qeyd etdiyimiz məhsullarından birini əldə etmiş olur.

AVM- də böyük diqqət cəlb edən layihədə "Qarabağ" klubunun vitse-prezidenti Tahir Gözəl də iştirak edib. Hətta 1 suala cavab verərək simvolik olaraq "Qarabağ" - "Neftçi" görüşünə bilet də əldə edib.

Qeyd edək ki, layihə bu gün də davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə