Millimizin qrupdakı ilk oyununun vaxtı və yeri müəyyənləşdi

Millimizin qrupdakı ilk oyununun vaxtı və yeri müəyyənləşdi

21 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan yığmasının keçirəcəyi ilk oyunun başlanma vaxtı və stadion müəyyənləşib. Siasport idman portalının məlumatına görə, yığmamız iyunun 8-də, AFFA Futbol Mərkəzindəki "Dalğa Arena"da Makedoniya komandası ilə qarşılaşacaq. Oyun saat 18:00-da başlayacaq.

Xatırladaq ki, yığmamızın mübarizə aparacağı 8-ci qrupdakı digər rəqibləri İsrail, Portuqaliya və Norveç komandalarıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə