Millimiz rəqib qapısından 6 qol keçirib

Millimiz rəqib qapısından 6 qol keçirib

AFFA Futbol Mərkəzindəki "Dalğa Arena"da 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması "Rəvan" klubunun nəzdindəki iki yaş qrupuna (U-19, U-17) daxil olan futbolçuların birləşmiş komandası ilə yoxlama oyunu keçirib. Siasport idman portalının məlumatına görə, qarşılaşma 6:1 hesabı ilə yığmamızın xeyrinə başa çatıb. U-17-nin heyətində Elnur Cəfərov və Umar Akmurzayev dubl edib. Hərəyə 1 dəfə isə Sərtan Taşkın və Emil Həsənzadə fərqlənib.

Bütün xəbərlər Facebook səhifəmizdə