"Benfika"nın baş məşqçisi: "Bizim üçün "Fənərbaxça" ilə maçt önəmli deyil"
"Benfika"nın baş məşqçisi Xorxe Xesus UEFA Avropa Liqasının yarımfinalında "Fənərbaxça" ilə cavab oyunu öncəsi açıqlamalar verib.
Siasport xəbər verir ki, o, rəqibdə zədəli futbolçuların olmasının onu maraqlandırmadığını deyib: "Biz öz oyunumuza baxacağıq. Hazırda ilk oyunun nəticəsinə görə rəqib bizdən üstündür. Amma təcrübəmizlə fərqi aradan qaldıra bilərik. Özümüzə güvənirik. Azarkeşlər stadionu doldursa, finala çıxacağımıza inanırıq".
Təcrübəli mütəxəssis bu matçın karyerası üçün önəmli olmadığını vurğulayıb: "Benfika" üçün də önəmli deyil. Biz mövsümün əvvəlindən kuboku qazamağı qarşımıza məqsəd qoymuşduq. Bunun üçün isə bir matç qalıb. Bu zamana qədər Avropada bir çox qarşılaşmaları qazanmışıq. Yetərincə təcrübəyə sahibik. Buna görə də qorxmuruq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB