Robben: "Biz tarixi qələbə qazandıq"

Robben: "Biz tarixi qələbə qazandıq"

UEFA Çempionlar Liqasında "Barselona"nı məğlub edərək, finala adlayan "Bavariya"da hər kəsin üzü gülür. Siasport.az saytı xəbər verir ki, qarşılaşmadan sonra açıqlamalar verən "Bavariya"lı futbolçular, "Barselona" üzərində tarixi qələbə qazandıqlarını dilə gətiriblər. "Pivəçilərin" hollandiyalı forvardı Alen Robben maraqlı açıqlama ilə çıxış edib: "Tarixi bir qələbə qazandıq. Əna zı 5 ildir ki, UEFA Çempionlar Liqasında ağalıq edən, dünyada bir nömrəli komanda kimi tanınan, dünya futbolunda hegemonluq edən "Barselona"nı mübarizədən kənarlaşdırdıq. İndi qarşımızda "Borussiya" əngəli qalır. Əminəm ki, güclü iradəmizlə buna nail olacayıq."

Bütün xəbərlər Facebook səhifəmizdə