Mario Gotze finalda oynamayacaq?

Mario Gotze finalda oynamayacaq?

Çempionar Liqasının yarımfinalının "Real"ilə cavab matçında zədələndiyi üçün meydanı tərk edən "Borussiya"nın futbolçusu Mario Qötzenin final oyununda iştirak edib-etməyəcəyi hələlik məlum deyil.

Siasport xəbər verir ki, bunu komandanın baş məşqçisi Yurgen Klopp deyib. Klubun rəsmi saytına danışan 45 yaşlı mütəxəssis bildirib ki, hazırda Qötzenin əzələlərində problem var. "Mayın 25-i final matçına çıxacağıq. Onu sağaltmaq üçün zamanla yarışa girəcəyik".

Qeyd edək ki, "Borussiya" yarımfinal mərhələsində "Real"ı mübarizədən kənarlaşdıraraq finala vəsiqə qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə