Azarkeş sevincini futbolçularla bölüşdü

Azarkeş sevincini futbolçularla bölüşdü

Xəbər verdiyimiz kimi, Çempionlar Liqasının yarımfinal mərhələsində "Bavariya" "Barselona" səddini keçərək finala vəsiqə qazanıb. Siasport idman portalının məlumatına görə, oyundan sonra böyük zəfərə sevinən "Bavariya" futbolçuları maraqlı hadisənin şahidi olub. Azarkeşlərdən biri sevincini Riberini qucaqlamaqla bölüşüb. Daha sonra isə "Bavariya"lı futbolçular azarkeşin başına yığışaraq böyük zəfərin sevincini paylaşıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə