Kuyt:"Biz finala çıxa biləcəyik.

Kuyt:"Biz finala çıxa biləcəyik.

"Fənərbaxça"nın hücumçusu Dirk Kuyt bu gün Avropa Liqasının yarımfinalında keçirəcəkləri "Benfika" matçı haqqında fikirlərini bildirib.

Siasport xəbər verir ki, futbolçu finalda olacaqlarını deyib:

"Məncə, biz finala çıxa biləcəyik. Bunun üçün əlimizdən gələni edəcəyik. Rafael Benitez ən özəl baş məqşçilərimdən biri olub. "Liverpula" məni o, gətirmişdi. Ona hər zaman borcluyam.Ona görə də finalda "Çelsi" ilə oynamaq istəyirik".

Kuyt daha sonra "Qalatasaray"ın ulduz futbolçusu Sneyder haqqında danışıb:

"Onun "Liverpul"la adı çəkiləndə, mən ona zəng etdim. "Liverpul"a getməsini dedim. "Liverpul"da oynamağın özünə çox yaxşı olacağını dedim. Ancaq o, "Qalatasaray"a gəldi. Sneyder mənimlə Türkiyədə oynamağı seçdi".

Bütün xəbərlər Facebook səhifəmizdə