Hazırda Almaniyanın "Ştutqart" futbol klubunda çıxış edən kapitan Serdar Taşçı, haqqında çıxan transfer xəbərləri ilə bağlı açıqlama yayıb. Siasport.az saytı xəbər verir ki, təcrübəli futbolçu gələn mövsümdən "Fənərbaxça" və "Qalatasaray"da çıxış edəcəyi ilə bağlı yayılan məlumatları şayiə adlandıraraq, hazırkı komandasından heç yana getmək istəmədiyini dilə gətirib: "Bu cür söz-söhbətlər daha çox türk olduğum üçün yayılır. Amma mən hazırkı klubumda xoşbəxtəm və heç bir yana getmək fikrim də yoxdur. Futbol koryeramda hansısa dəyişiklik etməyə ehtiyac görmürəm."
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB