Emanuel Ebue "Qalatasaray"dan ayrılır.
Siasport xəbər verir ki, bu mövsüm komanda yoldaşları ilə problem yaşayan Fildişi Sahilli futbolçu yayda "Qalatasaray"dan ayrılacaq. Artıq Ebue üçün İtaliyanın "Fiorentina" klubu elçi düşüb.
İtaliya mediasında çıxan xəbərlərə görə, "Fiorentina" rəhbərliyi futbolçu üçün qarşı tərəfə 3.5 milyon avro ödəməyə hazırdır. Amma "Qalatasaray" rəhbərliyi baş məşqçi Fatih Terimin verdiyi qərarlara görə hərəkət edəcək. Əgər Ebuenin əvəzinə alternativ futbolçu tapılmazsa, onun komandada qalacağı gündəmə gələcək. Fatih Terim yaxın zamanda futbolçu ilə görüş keçirəcək.
Qeyd edək ki, Emanuel Ebue "Qalatasaray"a İngiltərənin "Arsenal" klubundan transfer olunmuşdu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB