"Beşiktaş" futbol klubu mövsümün sonunda yeni stadionun tikintisinə başlayacaq. Siasport.az saytı xəbər verir ki, bu barədə İstanbul klubunun prezidenti Fikret Orman açıqlama yayıb. "Beşiktaş" prezidenti bildirib ki, artıq komandanın böhrandan çıxması və əvvəlki gücünü yenidən bərpa etməsi zamanıdır: "110 illik komandanı yenidən ayağa qaldırmaq və əvvəlki şöhrətimizi bərpa etmək üçün gözəl zamandır. Hesab edirəm ki, artıq biz buna nail olmağa çox yaxınıq. Bu ay "İsmət İnönü"də son oyunlarımıza çıxacayıq. Elə bir stadion inşa edəcəyik ki, həm türk futboluna, həm də "Beşiktaş"a layiq olsun."
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB