"Rəvan" "Sumqayıt"la oyuna hazırlaşır

"Rəvan" "Sumqayıt"la oyuna hazırlaşır

"Rəvan" Topaz Premyer Liqasının 29-cu turu çərçivəsində "Sumqayıt"ın qonağı olacaq. Siasport xəbər verir ki, Bakı təmsilçisi oyuna hazırlığı elə matçın keçiriləcəyi "Bayıl stadionu"nda davam etdirir. Gündə 1 dəfə olmaqla məşq edən "Rəvan" əsas diqqəti toplu çalışmalara yönəldir. Amma fiziki hazırlıq və qapıya zərbələr də yaddan çıxmır. Dünən baş tutan hazırlıqda futbolçular "kvadrat" oynamaqla təzyiq altında topu özündə saxlamaq üzərində xüsusi çalışıb.

Qeyd edək ki, məşqdə Nikolay Orlovskidən başqa, hamı fəal iştirak edib. Moldovalı müdafiəçi zədəli olduğu üçün fərdi qaydada məşq edir. Onun "Sumqayıt" ilə görüşdə iştirakı da sual altındadır.

Xatırladaq ki, "Sumqayıt" - "Rəvan" oyunu mayın 4-də saat 17:00-da baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə