"Xəzər Lənkəran” poker iddiasında STATİSTİKA

"Xəzər Lənkəran” poker iddiasında STATİSTİKA

"Xəzər Lənkəran" Topaz Premyer Liqasının XXIX turunda "Kəpəz" ilə qarşılaşacaq. Siasport idman portalının məlumatına görə, bu görüşdə cənub təmsilçisi özünəməxsus pokerə imza ata bilər. Cari mövsümdə baş tutan ilk 3 oyunda qələbə qazanan "ağ-yaşıllar" 4-cü dəfə rəqibini məğlub etməklə 1 çempionatda eyni komandadan 12 xal almağı bacaracaq.

Səfər oyunlarında minimal fərqli qələbələr qazanan "Xəzər Lənkəran" evdə darmadağın etdiyi rəqibi yenidən qonaq edəcək. Buna görə də mövsümdə 4-cü qələbənin qeydə alınması inandırıcı görünür. Ümumilikdə isə ardıcıl 6 qələbə qazanan cənublular bu seriyanı 7-yə çatdırmaq istəyindədir.

İlk dəfə 2004/05 mövsümündə qarşılaşan və yalnız çempionat çərçivəsində üz-üzə gələn rəqiblər indiyədək 11 dəfə üz-üzə gəlib. Doqquz qələbəsi olan "Xəzər Lənkəran" 1 dəfə heç-heçə və 1 dəfə məğlubiyyət yaşayıb. Top fərqində üstünlük isə aşkardır – 20:8.

2004/05 21.12.2004 çempionat e 2:0

2004/05 25.05.2005 çempionat s 1:0

2005/06 13.11.2005 çempionat e 1:1

2005/06 21.04.2006 çempionat s 2:1

2010/11 17.10.2010 çempionat s 1:4

2010/11 11.12.2010 çempionat e 1:0

2011/12 28.10.2011 çempionat e 1:0

2011/12 16.12.2011 çempionat s 4:1

2012/13 10.08.2012 çempionat e 4:0

2012/13 24.11.2012 çempionat s 1:0

2012/13 06.04.2013 çempionat s 2:1

Bütün xəbərlər Facebook səhifəmizdə