Dünən "Bayıl" stadionunda AFFA-nın təşkilatçılığı ilə futbol veteranları arasında Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş beynəlxalq yoldaşlıq oyunu keçirilib. Siasport idman portalının məlumatına görə, oyundan əvvəl AFFA-nın prezidenti Rövnəq Abdullayev tərəfindən iştirakçılara xatirə hədiyyələri təqdim olunub. Qarşılaşmanın birinci hissəsini ümumittifaq dərəcəli hakim Rüstəm Rəhimov idarə edib. Onun köməkçiləri Əmir Zamanov və Novil İsmayılov olub.
Hesabı beynəlxalq veteranlar yığmasının heyətində Arçil Arveladze açıb. Oyunun 23-cü dəqiqəsində Vəli Qasımov status-kvonu bərpa edib. Birinci hissə 1:1 hesabı ilə başa çatıb. Fasilədən sonra oyunun hakimləri dəyişib. Beynəlxalq dərəcəli hakim Xaqani Məmmədov və köməkçiləri Kərim Ağayev ilə Eldar Nağıbəyov (hər ikisi beynəlxalq dərəcəli) ikinci hissədə meydana çıxıb. Qarşılaşmanın 32-ci dəqiqəsində (oyunun hər hissəsi 30 dəqiqədən ibarət olub) Samir Ələkbərov komandamızı hesabda irəli çıxarıb. Doqquz dəqiqə sonra Vəli Qasımov özünün ikinci, komandasının üçüncü qolunu vuraraq üstünlüyü 2 topa çatdırıb. 55-ci dəqiqədə Arçil Arveladze hesab arasındakı fərqi azaldıb. Bundan 3 dəqiqə sonra Dvayt York oyunda son nöqtəni qoyub.
Beləliklə, futbol veteranları arasında Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş beynəlxalq yoldaşlıq oyunu 3:3 hesabı ilə başa çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB