"Alman maşını" ispanları əzdi!

"Alman maşını" ispanları əzdi!

Çempionlar Liqasının yarımfinal mərhələsinin növbəti cavab oyunu keçirilib. Siasport idman portalının məlumatına görə, "Barselona" doğma meydanda "Bavariya"nı qəbul edib. Almanlar səfər qarşılaşmasında möhtəşəm oyun sərgiləyiblər. "Pivəçilər" "Nou Kamp"da katalon klubuna əsl "cəhənnəm" yaşadıblar. Gərgin mübarizə şəraitində keçən qarşılaşmanın qalibi "Bavariya" olub. Maçt 0:3 hesabı ilə almanların qələbəsi ilə başa çatıb. Bu görüşün nəticəsinə əsasən "Bavariya" finala vəsiqəni əldə edib.

Çempionlar Liqası, yarımfinal, cavab oyunları

1 may

"Barselona" (İspaniya) – "Bavariya" (Almaniya) - 0:3

Qol: Robben, 49, Pike, 72(avtoqol), Müller, 76
İlk oyun (0:4)

Bütün xəbərlər Facebook səhifəmizdə