Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünə həsr olunan "Regional Media Kuboku"na start verilib. Siasport idman portalının məlumatına görə, artıq ənənə halını alan futbol çempionatı bu dəfə Gəncə şəhərində keçirilir. Çempionata qatılan 8 komanda 2 qrupda mübarizə aparır. Bu gün keçirilən ilk görüşdə şimal regionunun təmsilçisi RTV (Xaçmaz) Gəncədə yayımlanan "Alternativ TV -nin futbolçularını 2:0 hesabı ilə məğlub edib. Digər qarşılaşmada isə yerli Kəpəz TV (Gəncə) komandası Region TV (Bakı) komandasını 10:0 hesabı ilə üstələyib.
Qeyd edək ki, "Regional Media Kuboku" ötən ildən etibarən keçirilir. Xaçmazda keçirilən ilk çempionatın kubokunu RTV-çilər başı üzərinə qaldırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB