Xəbər verdiyimiz kimi, AFFA və "Bakcell" şirkətinin təşkilatçılığı ilə yeni stadion tikilib. Siasport idman portalının məlumatına görə, stadionun açlışında AFFA-nın prezidenti Rövnəq Abdullayev və "Bakcell" şirkətinin baş icraçı direktoru Riçard Şirer iştirak ediblər. Onlar yeni tikilən stadion ilə bağlı öz fikirlərini bölüşüblər.
Rövnəq Abdullayev (AFFA-nın prezidenti) respublikanın müxtəlif bölgələrində artıq 125 belə meydanın stifadəyə verildiyini bildirib: "Bu da uşaq futbolunun inkişafına böyük təsir edir. Artıq "Bakcell"-lə birgə məhəllə futbolunun inkişafı ilə bağlı yeni layihəyə start vermişik. Meydanlar AFFA tərəfindən tikilərək istifadəyə verilir, yarışları isə "Bakcell"-lə birgə keçirəcəyik. Gözəl başlanğıc olacaq. Düzdür, məhəllə futbolu ilə bağlı işlər bir neçə ildir ki, davam etdirilir. Lakin aktiv şəkildə indi başlayacaq. Bütün məhəllələrdə uşaqların futbola cəlb edilməsi istiqamətində işlər görüləcək. Artıq məktəblər arasında yarışlar keçirilir. Məhəllələr arasında da buna start verildikdən sonra 8-12 yaş arasındakı uşaqlar futbola daha kütləvi şəkildə cəlb ediləcəklər. Bu gün açılışını etdiyimiz stadiona məşqçi təyin ediləcək və o, mütəmadi qaydada məşqlər keçəcək. Bu məhələnin yaxınlığında yaşayan uşaqlar məşq prosesində iştirak edəcəklər. Axşam saat 6-dan sonra isə məhəllənin sakinləri bu meydanın xidmətindən istifadə edə biləcək. Bələdiyyə ilə söhbətimiz olub, burada böyüklər arasında da yarışlar təşkil olunacaq. Bir sözlə, stadion bu əraziyə xidmət edəcək".
Riçard Şirer isə (Bakcell şirkətinin Baş icraçı direktoru) Azərbaycanın futbol azarkeşləri "Bakcell"in futbolun inkişafına göstərdiyi qayğı və diqqəti hər zaman hiss etdiyini qeyd edib: "Azərbaycanda futbolun inkişafını dəstəkləmək məqsədi ilə biz ötən ildən etibarən AFFA ilə sıx əməkdaşlığa başlamışıq. İlk dəfə FIFA U-17 Qadınlararası Dünya Çempionatının milli tərəfdaşlarından biri olaraq başladığımız uğurlu əməkdaşlıq daha sonra "Bakcell Arena" layihəsi ilə davam edib. Biz Azərbaycanda AFFA-nı və futbolu dəstəkləməkdən məmnunuq. "Futbol Bakcell ilə" Azərbaycanda futbolun inkişafı baxımından olduqca əhəmiyyətli layihədir. İnanıram ki, yeni inşa edilmiş stadionlarda futbol oynayan uşaqlardan bəziləri gələcəkdə futbolçu kimi yetişəcək və ölkə futbolunun inkişafına öz töhvələrini verəcəklər. Bugünkü açılış mərasimində "Bakcell"in və Bakının möhtərəm bir qonağı da iştirak edir. Biz bu staidonun açılışını əməkdaşlıq etdiyimiz "Mançester Yunayted" klubunun əfsanəvi veteran oyunçusu Dvayt York ilə birlikdə edirik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB