Ölkəmizdə futbolun inkişafı, kütləviliyin artırılması məqsədi ilə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) "Bakcell" şirkəti ilə "Bakcell Arena" əməkdaşlığı çərçivəsində birgə yeni "Futbol Bakcell ilə" layihəsinə start verib. Siasport idman portalının məlumatına görə, layihə AFFA tərəfindən inşa edilmiş süni örtüklü meydanlarda müxtəlif yaş qrupuna daxil olan uşaqlar üçün məşqlərin təşkil olunması, onların futbola, sağlam həyat tərzinə istiqamətləndirilməsi, bu idman növünün təbliğatının gücləndirilməsi məqsədi daşıyır. Bu gün Bakının Nizami rayonu Rüstəm Rüstəmov küçəsində "Futbol Bakcell ilə" layihəsinin yeni futbol meydanı istifadəyə verilib. Meydanın açılış mərasimində iştirak edən AFFA-nın prezidenti Rövnəq Abdullayev açılışı bildirən rəmzi, qırmızı lenti kəsdikdən sonra meydan ilə tanış olub.
Məlumat verilib ki, layihəyə uyğun olaraq meydanda iki yaş qrupu üzrə - 8-10 və 10-12 yaşlı uşaqlar həftədə iki dəfə təmənnasız olaraq məşq keçmək imkanı əldə edəcəklər. Tanınmış məşqçi Bəhmən Həsənovun rəhbərliyi ilə keçiriləcək məşqlərin bütün məşq ləvazimatları AFFA tərəfindən təmin olunacaq.
Sonra "Mançester Yunayted" klubunun əfsanəvi veteran oyunçusu Dvayt Yorkun topa ilk toxunuşu ilə meydanda uşaqların məşqi başlayıb.
Qeyd edək ki, mərasimdə Nizami rayon icra hakimiyyətinin başçısı Tahir Budaqov, "Bakcell" şirkətinin baş icraçı direktoru Riçard Şirer, Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB