"Azercell U-17 Liqası"nda növbəti turun oyunları keçirilib. Siasport idman portalının məlumatına görə, "Sumqayıt" Futbol Klubunun 17 yaşadək futbolçulardan ibarət komandası Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda "Neftçi" ilə heç-heçə edib (1:1). Sumqayıtlıların yeganə qolunu Məhərrəm Hüseynzadə vurub.
"Sumqayıt"ın U-14 komandası isə final mərhələsində "Quba OK" ilə qarşılaşıb və 2:1 hesabı ilə qələbə qazanıb. "Sumqayıt"dan Cəfər Cəfərli və Osman Alıyev fərqlənib.
Qeyd edək ki, "Gənclər şəhəri"nin U-14 komandası hazırda Şimal Regionu üzrə yarışın turnir cədvəlində ilk pillədə qərarlaşıb. U-11 Liqasında isə "Sumqayıt" "Qarabağ"a 0:2 hesabı ilə məğlub olub.
"Unicef U-17 Qızlar Liqası"nda "Sumqayıt" "Şəki" üzərində 5:1 hesabı ilə qələbə qazanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB