Dünən AFFA-nın İnzibati Binasında Lisenziyalaşdırma Komissiyasının iclası keçirilib. Siasport idman portalının məlumatına görə, İclasda UEFA yarışlarında iştirak etmək üçün müraciət etmiş "Simurq" PFK-nın sənədlərinə baxılıb. Daha sonra isə 2013-2014 UEFA klub yarışlarında iştirakla bağlı idman, infrastruktur, kadr-inzibati, hüquq və maliyyə meyarlarını yerinə yetirdiyi üçün adı çəkilən komandaya lisenziya verilməsi haqqında qərar qəbul edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB