Türkiyənin sabiq futbolçuları Fəxri Xiyaban və Şəhidlər Xiyabanını ziyarət edib
Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə keçiriləcək beynəlxalq yoldaşlıq oyunu ilə əlaqədar Bakıda səfərdə olan Türkiyə futbolunun tanınmış nümayəndələri Hakan Şükür, Rüştü Rəcbər və Abdullah Avcı, həmçinin AFFA-nın və "Bakı" Futbol Klubunun rəhbərliyi dünən Fəxri Xiyabana gedib. Siasport idman portalının məlumatına gğrə, Türkiyəli qonaqlar Heydər Əliyevin məzarını ziyarət edib, abidəsinin önünə əklil qoyublar. Sonra onlar Şəhidlər Xiyabanına yola düşüb, burada 20 Yanvar və Qarabağ müharibəsi şəhidlərinin məzarına gül dəstələri qoyub, habelə ötən əsrin əvvəllərində Bakının işğaldan azad olunması uğrunda canından keçmiş türk əsgərlərinin xatirə kompleksini ziyarət ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB