İstanbulun "Fənərbaxça" futbol klubunun "Benfika" ilə keçirəcəyi qarşılaşmanı fransalı hakimlər briqadası idarə edəcək. Siasport.az saytı xəbər verir ki, UEFA Çempionlar Liqasının 1/4 final mərhələsində "Real"-"Qalatasaray" oyununu idarə etmiş Stefan Launna, bu dəfə futbol üzrə UEFA Avropa Liqasının yarımfinal qarşılaşmasında ədalət təmsilçisi olacaq. Ona həmyerliləri Frederik Kano, Mişel Annonier (yan xətt hakimləri), Antoni Qautier, Roddi Buquet (qapı xətti hakimləri) kömək edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB