Avropa Oyunlarının proqramına daxil olan idman növlərinin siyahısı açıqlanıb
2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunlarının proqramına daxil olan idman növlərinin siyahısı açıqlanıb. Siasport idman portalının məlumatına görə, birinci Avropa Oyunlarında iddiaçılar idmanın 19 növündə mübarizə aparacaqlar. Belə ki, siyahıda kamandan oxatma, üzgüçülük, atletika, badminton, basketbol (3X3), boks, kanoe, velosiped, çimərlik futbolu, gimnastika, cüdo, karate, stend atıcılığı, stolüstü tennis, taekvondo, triatlon, çimərlik voleybolu, güləş və qılıncoynatma idman növləri yer alıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB