İntizam Komitəsi baş məşqçiyə 10 oyunluq cəza verdi

İntizam Komitəsi baş məşqçiyə 10 oyunluq cəza verdi

AFFA-nın İntizam Komitəsi yeni qərarlar qəbul edib. Siasport idman portalı qəbul edilən qərarları nəzərinizə çatdırır:

24 aprel 2013-cü il, 2012/2013 mövsümündə, XXI Azərbaycan kubokunun 1/2 final "Xəzər Lənkəran" – "Bakı" matçında "Xəzər Lənkəran" klubunun 6 futbolçusunun sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).

Oyunun 35 və 62-ci dəqiqələrində "Xəzər Lənkəran" klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunur (maddə 52).

Oyun başa çatdıqdan sonra təhlükəsizlik təmin olunmadığı üçün ( meydançaya azarkeşlər daxil olub) meydan sahibi 5000 manat cərimə olunur (maddə 50).

24 aprel 2013-cü il, 2012/2013 mövsümündə, XXI Azərbaycan kubokunun 1/2 final "Qarabağ" – "Neftçi" matçının 1-ci dəqiqəsində hər iki klubun azarkeşləri tərəfindən pirotexniki vəsatələr istifadə olunduğu üçün hər iki klub 1000 manat cərimə olunur (maddə 52).

27 aprel 2013-cü il, 2012/2013 mövsümündə, XXI Topaz Premyer Liqasının XXVIII turunun "Kəpəz" – "Sumqayıt" matçında "Kəpəz" klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).

28 aprel 2013-cü il, 2012/2013 mövsümündə, XXI Topaz Premyer Liqasının XXVIII turunun "Bakı" – "Simurq" matçında "Simurq" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).

Oyun başa çatdlqdan sonra "Simurq" klubunun baş məşqçisi Georgi Çixradze azarkeşi təhqir etdiyinə və ona zərbə endirdiyinə görə 10 oyunluq cəzalanır, klub 6000 manat cərimə olunur (maddə 39.3).

28 aprel 2013-cü il, 2012/2013 mövsümündə, XXI Topaz Premyer Liqasının XXVIII turunun "Qəbələ" – "Qarabağ" matçının 21-ci dəqiqəsində "Qəbələ" klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunur (maddə 52).

28 aprel 2013-cü il, 2012/2013 mövsümündə, XXI Topaz Premyer Liqasının XXVIII turunun "Neftçi" – "İnter" matçında "İnter" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).

Oyunun 69-cu dəqiqəsində "İnter" klubunun 25 №-li futbolçusu İbrahim Niassen kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).

28 aprel 2013-cü il, 2012/2013 mövsümündə, XXI Topaz Premyer Liqasının XXVIII turunun AZAL – "Xəzər Lənkəran" matçında "Xəzər Lənkəran" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).

Oyunun 45-ci dəqiqəsində "Xəzər Lənkəran" klubunun 5 №-li futbolçusu Elnur Allahverdiyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır, klub 2000 manat cərimə olunur (maddə 37.1).

27 aprel 2013-cü il, 2012/2013 mövsümündə, XXI Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXVIII turunun "Neftçi" – "İnter" matçında "Neftçi" klubunun 5, "İnter" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 500 manat cərimə olunur (maddə 40).

Oyunun 55-ci dəqiqəsində "İnter" klubunun 25 №-li futbolçusu Cəmil Hacıyevlə, "Neftçi" klubunun 21 №-li futbolçusu Kamil Nurəhmədov biri-birini təhqir etdiklərinə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün futbolçular 3 oyunluq cəzalanır, klublar 2000 manat cərimə olunur (maddə 42.1).

Oyunun 87-ci dəqiqəsində "Neftçi" klubunun 24 №-li futbolçusu Rəşad Əzizli idmançıya yaraşmayan görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).

27 aprel 2013-cü il, 2012/2013 mövsümündə, Azərbaycan Divizionunun XXIV turunun "Göyəzən" – "Tərəqqi" matçının 41-ci dəqiqəsində "Göyəzən" klubunun 17 №-li futbolçusu Tamerlan Yusifov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).

Oyunun 64-cü dəqiqəsində "Tərəqqi" klubunun 66 №-li futbolçusu Fuad Əliyev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır, klub 400 manat cərimə olunur (maddə 42.3).

27 aprel 2013-cü il, 2012/2013 mövsümündə, Azərbaycan Divizionunun XXIV turunun "Energetik" – "Lokomotiv" mtçının 85-ci dəqiqəsində "Energetik" klubunun 13 №-li futbolçusu Vüqar Həsənovla, "Lokomotiv" klubunun 6 №-li futbolçusu Səbail Bağırov aqressiv hərəkətə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün futbolçular 4 oyunluq cəzalanır, klublar 400 manat cərimə olunur (maddə 38.3).

27 aprel 2013-cü il, 2012/2013 mövsümündə, Azərbaycan Divizionunun XXIV turunun "Şəmkir" – MOİK matçının 20-ci dəqiqəsində MOİK klubunun 15 №-li futbolçusu Taleh Muradov idmançıya yaraşmayan görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).

Oyunun57-ci dəqiqəsində "Şəmkir" klubunun 18 №-li futbolçusu Abdulla Sadiqov aqressiv hərəkətə görə meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır, klub 400 manat cərimə olunur (maddə 38.4).

Matçın 57-ci dəqiqəsində "Şəmkir" klubunun baş məşqçisi Anar Kələntərovla MOİK klubunun baş məşqçisi Namiq Adilov biri-birini təhqir etdiklərinə görə texniki zonadan kənarlaşdırıldıqları üçün məşqçilər 5 oyunluq cəzalanır, klublar 500 manat cərimə olunur (maddə 42.4).

29 aprel 2013-cü il "Azercell U-17 Liqa"nın "Turan" – ROİL matçında ROİL klubu iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).

25 aprel 2013-cü il U-16 Liqasının "Qəbələ" – "Neftçi" matçının 63-cü dəqiqəsində "Qəbələ" klubunun 10 №-li futbolçusu Əli Səmədov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır (maddə 42.3).

Oyunun 80+3cü dəqiqəsində "Qəbələ" klubunun 16 №-li futbolçusu Emin Zamanovkobud oyuna görə ikinci sarı vərəqə aldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).

Oyun başa çatdıqdan "Neftçi" klubunun 14 №-li futbolçusu Emil Həsənzadə hakimi təhqir etdiyinə görə 4 oyunluq cəzalanır (maddə 42.3).

25 aprel 2013-cü il U-16 Liqasının "Bakı 008" – "Vətən" matçında "Bakı 008" klubu iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).

23 aprel 2013-cü il "Kapital Bank U-15 Liqa"nın "Əlincə" – "İnter" matçının 47-ci dəqiqəsində "İnter" klubunun 17 №-li futbolçusu Murad Piriyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır (maddə 37.1).

28 aprel 2013-cü il futzal üzrə Azərbaycan birinciliyinin "Fənərbağça" – "Çevik" matçının 27-ci dəqiqəsində "Çevik" klubunun 9 №-li futbolçusu Rafiq Salayev idmançıya yaraşmayan görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).

Oyunun 27-ci dəqiqəsində "Çevik" klubunun 10 №-li futbolçusu Fərhad İsgəndərov idmançıya yaraşmayan görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).

Oyunun 28-ci dəqiqəsində "Çevik" klubunun rəhbəri Rəhman Musayev AFFA rəhbərliyinin və əməkdaşlarını təhqir etdiyi üçün 10 oyunluq cəzalanır (maddə 81).

Bütün xəbərlər Facebook səhifəmizdə