"Benfika"nın baş məşqçisi "Fənərəbaxça" ilə oyunda azarkeşlərdən kömək istədi

"Benfika"nın baş məşqçisi "Fənərəbaxça" ilə oyunda azarkeşlərdən kömək istədi

UEFA Avropa Liqasının yarımfinal mərhələsində İstanbulun "Fənərbaxça" klubu ilə qarşılaşacaq Portuqaliya "Benfika"sında ciddi həyəcan baş qaldırıb. Siasport.az saytının verdiyi xəbərə görə komandanın futbolçuları ilə gərgin münasibətdə olan baş məşqçi Jorge Jesus, klubun azarkeşlərindən dəstək istəyib. Baş məşqçi portuqaliyalı jurnalistlərlə görüşündə hər bir "Benfika" azarkeşinin komandaya dəstək verməli olduğunu dilə gətirib. Təcrübəli futbol mütəxəssisi qeyd edib ki, onlar "Fənərbaxça" ilə qarşılaşmada yalnız azarkeşlərinin dsətəyinə böyük ehtiyac hiss edirlər. "Benfika"nın düz 20 ildir ki, Avropada final oynamadığını deyən baş məşqçi, "Fənərbaxça"nı məğlub edib final oynamaq istədiklərini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə