Akkreditasiya üçün qeydiyyata nələr tələb olunur?

Akkreditasiya üçün qeydiyyata nələr tələb olunur?

DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində iyunun 7-də "Bakcell Arena"da keçiriləcək Azərbaycan - Lüksemburq oyunu üçün akkreditasiya almaq istəyən KİV nümayəndələri mayın 1-dək 10-dək qeydiyyatdan keçməlidirlər. Siasport idman portalı qeydiyyatdan keçmək üçün tələb olunanları təqdim edir:

1. Qeydiyyatdan keçənin adı, soyadı

2. Təmsil etdiyi KİV

3. Vəzifəsi

4. 3x4 ölçüdə, elektron formatda şəkil

Yuxarıda qeyd olunanlar 10 may saat 18:00-a qədər [email protected] ünvanına göndərilməlidir. Müraciət edənlər qeydiyyat üçün tələb olunanların hər birini təqdim etdikdən və [email protected] ünvanından müvafiq təsdiq cavabı aldıqdan sonra qeydiyyatdan keçmiş hesab olunacaqlar.

Akkreditasiya vəsiqələri "Bakcell Arena"nın mətbuat sektorundakı yerlərin sayına uyğun olaraq bölünəcək və qeydiyyatdan keçməyənlərə akkreditasiya verilməyəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə