Bakı şəhər Gənclər və İdman İdarəsinin həyata keçirdiyi tədbirlər planına müvafiq olaraq Şağan Olimpiya İdman Kompleksində Ümummilli Lider Heydər Əliyevin 90 illiyinə həsr olunmuş "III-Qafqaz oyunları" cüdo üzrə yeniyetmələr arasında (1999-2000-ci illər) beynəlxalq turnir keşirilib. Siasport idman portalının məlumatına görə, turnirdə Rusiya və Gürcüstandan gələn idmançılar da çıxış ediblər. Turnirdə 160 idmançı iştirak edib, 17 komandadan idmançılar 30 kq, 34 kq, 38 kq, 42 kq, 50 kq, 55 kq, 60 kq, 66 kq, +66 kq çəki dərəcələrində mübarizə aparıblar. Yarışın açılışı Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Rəşad Əliyev tərəfindən həyata keçirilib. Yarışda 30 kq çəki dərəcəsində I yerə Abişov M. (Qəbələ) İK, 34 kq- Babayev K. (Binəqədi) İK, 38 kq- Novruzov T. (Lokomotiv) İK, 42 kq- Dünyamalıyev R. (Qəbələ) İK, 46 kq- Alizadə A. (Azəri) İK, 50 kq- Hüseynov D. (Qəbələ) İK, 55 kq- Aliyev İ. (Qızıl Əlcək) İK, 60 kq- Məhmədli Q. (Binəqədi) İK, 66 kq- Məmmədov A. (Lokomotiv) İK, +66 kq- Mahmudov S. (Qızıl Əlcək) İK çıxıb.
Ağır çəkidə (+66 kq) yaxşı mübarizə göstərən perspektivli cüdoçular və III yerə layiq görülmüş idmançılar Ağayev Anar (DİN) və Hüseynov Həsən (DİN) olub.
Qeyd edək ki, yarışda qaliblərə və mükafatçılara kubok, medal və xatirə hədiyyələri Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB