"İnter" "Simurq"a 5 cavabsız qol vurub

"İnter" "Simurq"a 5 cavabsız qol vurub

Dünən Azercell U-17 Liqasında 23-ci turun oyunları keçirilib. Siasport idman portalının məlumatına görə, "İnter" səfərdə Zaqatalanın "Simurq" komandası ilə qarşılaşıb. Oyun 0:5 hesab ilə "İnter"in xeyrinə başa çatıb. "İnter"in heyətində Vüsal Hağıyev het-trik etməklə fərqlənib, Məhəmməd Məhəmmədov və Elnur Süleymanov isə hərəyə bir qol vurublar.

Qeyd edək ki, 22 turdan sonra Arif Əmirxanovun yetirmələrinin aktivində 36 xal var.Bu göstərici ilə Bakı təmsilçisi turnir cədvəlində 5-ci yeri tutur.

Əlavə edək ki, "İnter" növbəti turda Gəncənin "Kəpəz" komandası ilə qarşılaşacaq. Oyun "Şəfa" stadionunda baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə