Media və YAP rayon təşkilatları arasında keçirilən futbol turnirinin 1/4 final mərhələsinə start verildi

Media və YAP rayon təşkilatları arasında keçirilən futbol turnirinin 1/4 final mərhələsinə start verildi

"Nar Mobile" şirkətinin dəstəyi ilə media və YAP rayon təşkilatları arasında keçirilən voleybol turnirinin 1/4 final mərhələsinin oyunlarına start verilib. Siasport idman portalının məlumatına görə, 14 final mərhələsinin ilk oyunu SİA – YAP Xətai rayon təşkilatı arasında baş tutub. Bu oyunun ilk seti turnir ərzində keçirilən demək olarki bütün qarşılaşmalardan maraqlı olub. Gərgin mübarizə şəraitində keçən oyunun birinci hissəsində böyük hesab qeydə alınıb. İlk setin qalibi YAP Xətai rayon təşkilatı komandası olub 32:34. İkinci setdə də rəqiblər bir-biri ilə sona qədər mübarizə aparmaqdan çəkinməyiblər. SİA oyunda öndə olsada son anda qalibiyyəti əldən verib. İkinci setdə də qələbə YAP Xətai rayon təşkilatı komandasının adına yazılıb 23:25. Oyun 0:2 hesabı ilə başa çatıb.

Günün ikinci qarşılaşması, YAP Nizami rayon təşkilatı – AzərTac oyunu da gərgin mübarizə şəraitində keçib. Oyunun ilk hissəsində üstünlük YAP Nizami rayon təşkilatı komandasında olub 25:20. Media nümayəndələri ikinci setdə oyunda dönüş yarada bilməyiblər. İlk setdən fəqli olaraq ikinci hissədə jurnalistlər rəqibə 25:22 hesabı ilə məğlub olub. Bu görüş də 2:0 hesabı ilə başa çatıb.

Turnirin 1/4 final mərhələsinin son qarşılaşması isə İctimai Televiziya – "Yeni Azərbaycan" qəzeti komandaları arasında keçirilib. Maraqlı keçən qarçılaçmanın birinci setində "Yeni Azərbaycan" qəzeti üstünlüyü əldən verməyib. İlk set 19:25 hesabı ilə başa çatıb. İkinci setdə televiziyaçılar daha inamlı oyun göstərib. Oyunun ikinci setində İctimai Televiziya qələbə əldə edib. Qarşılaşmanın taleyinə üçüncü setdə aydınlıq gətirilib. Oyun "Yeni Azərbaycan" qəzetinin qələbəsi ilə başa çatıb 1:2.

Qeyd edək ki, media və YAP rayon təşkilatları arasında keçirilən voleybol turnirinin növbəti mərhələsinə "Yeni Azərbaycan" qəzeti, YAP Nizami rayon təşkilatı və YAP Xətai rayon təşkilatı komandaları çıxıb.















Bütün xəbərlər Facebook səhifəmizdə