Bu gün Bakıda Beynəlxalq Hərbi İdman Şurasının hərbçilər arasında birinci futbol kuboku yarışlarının püşkatma mərasimi keçirilib. Siasport idman portalının məlumatına görə, mərasimdə Müdafiə Nazirliyinin, Beynəlxalq Hərbi İdman Şurasının, FİFA-nın, AFFA-nın nümayəndələri iştirak ediblər. Mərasimdə çıxış edən müdafiə nazirinin müavini, general-leytenant Çingiz Məmmədov bildirib ki, hazırda Azərbaycan idmanı özünün yeni dirçəliş dövrünü yaşayır. Bu sahədə həm kəmiyyət, həm də keyfiyyət dəyişiklikləri baş verir, perspektivli idmançılarımızın sayı artır.
Qeyd edilib ki, Beynəlxalq Hərbi idman Şurasının ilk dəfə keçirilən futbol üzrə birinci dünya kuboku yarışlarına ev sahibliyinin Azərbaycana etibar edilməsi olduqca sevindiricidir. Bakıda dünya çempionatı yüksək idman mübarizəsi şəraitində keçiriləcək və layiqli komandalar qaliblər sırasında olacaqlar. Tədbirdə Beynəlxalq Hərbi İdman Şurasının Prezidenti Hamad Kal Kaba çempionata göstərdiyi dəstəyə görə Prezident ilham Əliyevə minnətdarlığını bildirib.
Qeyd edək ki, çempionatda ABŞ, Almaniya, Azərbaycan, Bəhreyn, Braziliya, Əlcəzair, Fil Dişi Sahili, İraq, Kamerun, Kanada, Keniya, Qətər, Mali, Niderland Krallığı, Oman Sultanlığının komandaları mübarizə aparacaqlar.
Əlavə edək ki, püşkatma mərasimi tədbirin sonunda keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB