Teymur Rəcəbov qələbə qazanıb, Şəhriyar Məmmədyarov isə heç-heçə edib

Teymur Rəcəbov qələbə qazanıb, Şəhriyar Məmmədyarov isə heç-heçə edib

İsveçrənin Tzuq şəhərində keçirilən Beynəlxalq Şahmat Federasiyasının (FİDE) "Qran-pri" yarışlarının doqquzuncu turu başa çatıb. Siasport idman portalının məlumatına görə, bu turda ölkəmizi təmsil edən qrossmeysterlər Teymur Rəcəbov Ukrayna şahmatçısı Ruslan Ponomaryovu məğlub edib, Şəhriyar Məmmədyarov isə Bolqarıstan şahmatçısı Veselin Topalovla ilə heç–heçə oynayıb.

Qeyd edək ki, hər iki şahmatçımızın hesabında dörd xal vardır. Yarışın onuncu turunda Teymur Rəcəbov Alexander Morozevic (Rusiya), Şəhriyar Məmmədyarov isə Aniş Giri (Hollandiya) ilə qarşılaşacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə