Bakıda Birinci Avropa Oyunlarının AOK Koordinasiya Komissiyasının birinci görüşü keçirilib

Bakıda Birinci Avropa Oyunlarının AOK Koordinasiya Komissiyasının birinci görüşü keçirilib

Bu gün "Hilton" mehmanxanasında Birinci Avropa Oyunlarının Avropa Olimpiya Komitəsi (AOK) Koordinasiya Komissiyasının birinci görüşü keçirilib. Siasport idman portalının məlumatına görə, tədbirdə gənclər və idman naziri Azad Rəhimov, Avropa Olimpiya Komitəsinin prezidenti Patrick Hickey, Koordinasiya Komissiyasının sədri və Yunan Olimpiya Komitəsinin prezidenti Spyros Capralos və digər şəxslər iştirak edib. İclasda 2015-ci ildə Bakıda təşkil ediləcək Birinci Avropa Oyunlarına hazırlıqla bağlı bütün məsələlər müzakirə edilib, AOK Koordinasiya Komissiyasının məruzələr dinlənilib.

Bütün xəbərlər Facebook səhifəmizdə