İdmançımız beynəlxalq turnirdə gümüş medal qazandı

İdmançımız beynəlxalq turnirdə gümüş medal qazandı

Polşanın paytaxtı Varşavada Feliks Stammın xatirəsinə həsr olunmuş boks üzrə ənənəvi turnirə yekun vurulub. Siasport idman portalının məlumatına görə, yarışda kişilər ilə yanaşı, üç çəki dərəcəsi üzrə qadınlar da mübarizə aparıblar. Yarışda Azərbaycan milli komandasının üzvləri Əzizə Abbasova (51 kq) və Yana Alekseyeva (60 kq) da çıxış edib. Y.Alekseyeva finala vəsiqə qazansa da, zədə səbəbindən həlledici görüşə çıxa bilməyib. Belə ki, boksçumuz yarımfinalda polşalı Karolina Qraçiklə görüşdə burnundan zədə alıb. Beləliklə, milli komandamızın üzvü gümüş medalla kifayətlənıb.

Polşada təlim-məşq toplanışı zamanı digər boksçularımız sparinq-döyüşlərdə iştirak ediblər. Anna Əlimərdanova (60 kq) İtaliya və Monqolustandan olan rəqiblərini məğlub edib. Anaxanım Ağayeva (51 kq) isə macarıstanlı və finlandiyalı idmançılar üzərində qələbə qazanıb.

Qeyd edək ki, qadınlardan ibarət millimiz mayın 12-də Qazaxıstana yollanaraq, orada yerli komanda ilə yanaşı, Ukrayna, Rusiya və Hindistan idmançıları ilə təlim-məşq toplanışında iştirak edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə