Ölkə kubokunun yarımfinal matçı çərçivəsində paytaxtın "Bakı" klubunu iki oyunun nəticəsinə görə məğlub edib finala vəsiqə qazandıqdan iki gün sonra qarşı tərəf, "Bakı" klubu "Xəzər Lənkəran"ın qələbəsinə kölgə salaraq matçı idarə edən hakimlər briqadasının onların finala adlamasına mane olduğu haqqında fikirlərlə mətbuatda çıxış edib. Siasport idman portalının məlumatına görə, bu məsələyə "Xəzər Lənkəran" klubunun mətbuat xidməti rəsmi şəkildə münasibət bildirdikdən sonra baş məşqçi Con Bencamin Toşak da "Bakı" klubunun iddialarına cavab verib: "Mən "Bakı" tərəfinin bu açıqlamaları ilə tanış olub çox kədərləndim. Normal olaraq mən hakimlik haqqında heç zaman danışmıram. Amma əgər rəqibimiz hakimlərin bizə kömək etdiyini önə çəkirsə deyim ki, biz özümüz də hakimlikdən razı qalmadıq. Bircə şeyi vurğulayım ki, "Bakı" klubunun 5 nömrəli futbolçusu (Aqil Nəbiyev nəzərdə tutulur-red) iki dəfə simulyasiyaya əl atıb əlverişli hücumumuzun qarşısını alıb. Yan hakim bir dəfə real qol şansımıza mane olub oyundan kənar vəziyyət qeydə alıb. Mən, cavab qarşılaşmasından sonra mətbuat konfransında dediyim fikirlərimə bir daha qayıtmaq məcburiyyətindəyəm – "Bakı" mərhələ adlamağı hələ ilk oyunda uduzub. Biz finala vəsiqəni futbolçularımızın alnının təri və azarkeşlərimizin gücü ilə qazandıq."
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB