Topaz Premyer Liqasının 28-ci turunda "Neftçi" "İnter"i 2:0 hesabı ilə məğlub edərək turnir cədvəlində liderliyini qoruyub. Siasport idman portalı baş məşqçilərin fikirlərini diqqətinizə çatdırır:
Tərlan Əhmədov, "Neftçi" klubunun məşqçisi: "Paytaxt derbisində iki güclü komanda qarşılaşdı, çətin oyun oldu. Sevindirici haldır ki, komandamız son 15 gündə keçirdiyi 5 oyunda fiziki gücünün nə qədər yüksək olduğunu göstərdi. Qalib gəldiyimiz üçün şadam. Bizim çempionluq yarışında əsas rəqibimiz "Qarabağ"dır. Yolumuza davam edirik".
Kaxaber Sxadadze, "İnter" klubunun baş məşqçisi: "Oyun haqqında artıq heç nə demək istəmirəm. İkinci hissədə 10 nəfər ilə qalsaq da, komandam yaxşı oynadı".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB