Bojidar Bandoviç: "Komandada psixoloji gərginlik var idi"

Bojidar Bandoviç: "Komandada psixoloji gərginlik var idi"

Topaz Premyer Liqasının 28-ci turunda "Bakı" doğma meydanda "Simurq"u 2:1 hesabı ilə məğlub edib.

Georgi Çixradze, "Simurq" klubunun baş məşqçisi: "Avroliqaya vəsiqə qazanmaq üçün qalib gəlməli idik. Lakin bunu bacarmadıq. İlk hissə gərgin keçdi, sarı vərəqələr oldu, qapımızda qol gördük, penalti vura bilmədik. İkinci hissədə ikinci qolu buraxdıqdan sonra hesab arasındakı fərqi azaltdıq, lakin bizə lazım olan sonluğu gətirə bilmədik. Gələcək oyunlarda daha yaxşı oynayıb 4-cü pillədəki yerimizi qorumalıyıq".

Bojidar Bandoviç, "Bakı" klubunun baş məşqçisi: "Bu gün rəqibdən daha yaxşı oynadıq. Kubok oyunundan sonra komandada psixoloji gərginlik var idi. Külək də oyunumuza təsir edirdi. Qalib gəldiyimiz üçün komandaya təşəkkürümü bildirirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə