Aprelin 28-də Azərbaycanın "Synergy Baku Cycling Project" velosiped komandası açıq məşq keçirib. SİA-nın məlumatına görə, açıq məşq komandanın bir neçə gündən sonra Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunan "Tour d'Azerbaidjan" beynəlxalq velosiped turunda iştirakına hazırlıq məqsədi daşıyır.
Komanda üzvləri və texniki heyət bu tura ciddi hazırlaşır. Məşqçi Ceremi Hant KİV nümayəndələrinə bildirib ki, "Tour d'Azerbaidjan" turu komandanın hər bir üzvü üçün özünü göstərmək, uğurlu nəticə əldə etmək üçün yaxşı fürsət yaradıb.
Açıq məşq bir neçə saat davam edib.
Xatırladaq ki, may ayının 1-dən 5-dək ümummilli liderimiz Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş, Bakı şəhəri, Abşeron, Qobustan, Şamaxı, İsmayıllı, Qabala, Oguz, Şəki rayonlanın ərazisindən keçməklə 5 mərhələdən ibarət olan beynəlxalq velosiped turu keçiriləcək. Veloturda 24 ölkədən, o cümlədən ABŞ, İtaliya, Almaniya, Türkiyə, Rusiya, Avstriya, Niderland, Norveç, İsveçrə, Portuqaliya, Belçika, Danimarka, Avstraliya, Əlcəzair, Latviya, Ukrayna, Belarus, Qazaxıstan və digər xarici ölkələrdən çoxsaylı velosipedçilərin və komandaların iştirakı gözlənilir.
Turun rəsmi açılışı və iştirakçı komandaların təqdimatı aprel ayının 30-da Dənizkənarı Milli Parkda keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB