Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə Avropa çempionatı davam edir.
Siasport idman portalının məlumatına görə, qitənin ən nüfuzlu yarışının üçüncü günündə tatami üzərinə iki Azərbaycan cüdoçusu çıxacaq. Qitə birinciliyində 90 kiloqram çəki dərəcəsində mübarizə aparacaq Şahməd Maqomedov ilk mərhələdə Alon Sassonu (İsrail), Şahin Qəhrəmanov Aleksandr İddiri (Fransa) sınağa çəkəcəklər.
Çempionatda 100 kiloqram çəki dərəcəsində mübarizə aparacaq digər idmançılarımız Elmar Qasımov italiyalı Dominik Di Quida ilə, Elxan Məmmədov hollandiyalı Henk Qrolla qarşılaşacaqlar.
Qeyd edək ki, Emil Tahirov (100 kq-dan yuxarı) estoniyalı Yuhan Metiss ilə üz-üzə gələcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB